***
Yarı işıq,
yarı zülmət,
Yarı Vətən,
yarı qürbət
Yarı qorxu,
yarı heyrət
D – Ü – N – Y – A !
Durulası yer deyilsən,
Çözüləsi sirr deyilsən,
Niyə dolandıq başına?
Sən ki,
sən ki,
pir deyilsən.
Fanilikdi başqa adın,
Ən şirinin ölüm dadır,
Nə fərqi var,
ya get,
ya dur,
Hər ikisi bir deyilmi?
***
Bu dünya nağıldı anam,
Bu dünya noğuldu anam,
Özümnən ağırdı anam,
Gözümnən yağırdı anam..
Dedilər dünya uludu,
Torpağı, daşı qurudu.
Bu dünya sudan duruydu,
Yamanca liləndi anam.
Bu dünya analı idi,
Bu dünya sonalı idi
Əlləri hənalı idi
Gəlinmi köçürdü anam.
Bu dünya həyalı idi,
Söhbəti sayalı idi,
Güzgüsü gəlindi hələ,
Saçları ağardı anam.
1989
Blog Haqqında

Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 3197
Dünənki hit: 49
Bugünki hit: 11
Ümumi hit: 35833