***
***
Bir məktub yazmışdım
giley dolu
özümnən- sənə.
Nə vaxtsa «Sevirəm» demişdim,
inanma.
Dünyanın ən zalım yalanı
«Sevirəm» sözüdü bəlkə.
***
Unutdum dünyanı.
Ovutdum,
içimdə kirimək bilməyən
dərdi, qəmi.
Unutdum səni.
Amma bilmədin ki,
mənə nə oldusa
sənsizlikdən oldu, dəli.
***
Yaşadıq,
bir- böirimizin
dərdini çəkə- çəkə.
iç- içə,
göz- gözə.
O gözəl duyğuları çevirmədən sözə.
Yaşadıq,
aramızda sevgi səddi,
sərhəddi.
Ayrılıqların ən gözəli.
Bəlkə biz idik
bu tərtəmiz sevgimizlə
dünyanın ən xöşbəxti.
***
O qədər yalan dedin,
dedin,
daşa döndü ürəyim.
Daha sənə də inanmağım gəlmir,
gəlmir, zalım.
Çevirib ruhumun oyuncağına
day innən belə
oynadacağam səni doyunca.
Köhnəldib atacağam
könlümdə bir küncə.
Daha əvvəlki tək baxıb ağlamayacağam
ardınca.
***
Sənnən sonra
uzun - uzadı yağışlar yağacaq
sənsizlikdən kirəc bağlamış
boz səkilərə.
Sən olmadıqca
bu şəhərdə
kəsməyəcək
o yağışlar
neynəsələr adamlar.




Çevirib ruhumun oyuncağına
day innən belə
oynadacağam səni doyunca.
Köhnəldib atacağam
könlümdə bir küncə
Maraqlidi, amma Gulnare, unutma ki kuncde qalanlar, kunce atilanlar bele unutduq saysaq da unudulmur.
İyul 14, 2008 14:30