***
Mən sənsiz bu dünyada yadam,
ay uzaqdan gözlədiyim,
ilahi adam.
Nə yaxşı ki, dünyanın o başındasan
gözləyirəm səni.
Hara dönüm, harda daldalanım
sən gələnəcən?!
Gəlməsən,
gecənin birində
bezəcəyəm tavana baxıb köks ötürməkdən,
hər gün payız həsrətilə
durna ötürməkdən.
Gedəcəyəm
bir yaz yağmuruna bükülüb,
islanacaq əynim - başım.
Dərdimi götürüb gedəcəyəm bu yer üzünnən,
anasını ağladacağam
bu gerçək vücudumun.
Gəlməsən səni də peşman edəcəyəm doğulduğuna.
Gəl, ruhumun gerçək adamı,
hardasan?!
Varmısan?!
ay uzaqdan gözlədiyim,
ilahi adam.
Nə yaxşı ki, dünyanın o başındasan
gözləyirəm səni.
Hara dönüm, harda daldalanım
sən gələnəcən?!
Gəlməsən,
gecənin birində
bezəcəyəm tavana baxıb köks ötürməkdən,
hər gün payız həsrətilə
durna ötürməkdən.
Gedəcəyəm
bir yaz yağmuruna bükülüb,
islanacaq əynim - başım.
Dərdimi götürüb gedəcəyəm bu yer üzünnən,
anasını ağladacağam
bu gerçək vücudumun.
Gəlməsən səni də peşman edəcəyəm doğulduğuna.
Gəl, ruhumun gerçək adamı,
hardasan?!
Varmısan?!



