Reklam verin!
Yuma Ailə Jurnalı

QAYIT GƏL

Mənim gözlərimi yollarda qoyma,
Gözəl gözlərinə qurban, qayıt gəl.
Dünyası dağılmış,yıxma dünyamı,
Mən ki, sənə asi olmam, qayıt gəl.

Payız sevgisinnən xəzəl sarımı,
Kimlər başa çıxdı, kimlər yarıdı.
Yarı gedər oldun, qaytar yarımı,
Sənsiz yarı cannan ollam, qayıt gəl.
 
Bahar sevıgiləri qışa çəkəndi,
Bənövşə sevgilər qara səksəndi.
Sinəmə çəkilməz dağlar çəksən də,
Mən ki bu həsrətdən doymam, qayıt gəl.

Duman həsrətindən dağı qar aldı,
Sənsiz odum söndü, dünyam qaraldı,
Bu nə ayrılıqdı, bu  nə qərardı?!
Səni özgələrdən sormam, qayıt gəl.

Sevən qürrələnər yarı yanında,
Ağ bəyaz görsənər sarı yanında,
Bəxtəvər başına yarıyanın da,
Sənsiz yarıyannan olmam, qayıt gəl.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha