***
Bu gecə,
son kərə,
sonuncu nağıl kimi,
sonuncu kəpənəklər ölənə kimi
xatırlayacağam səni.
Yağan yağışların torpağa həsrətlə
necə sarıldığından xəlvət,
xəbərsiz,
daş altda qıvrılan
bu tər bənövşəni
dərməyə əlim gəlməyəcək.
Gözlərimdə sevincə ağı deyib,
qəm çiçəkləyən gecə,
bir daha üzüm gülməyəcək
nar çiçəyim.
Son kərə gəldiyin dünyaya,
bir də sən adda
göyçək gəlməyəcək.
Xatırlayacağam səni,
sevgililər son dayanacaqdan
yığılana kimi.
xatırlayacağam səni -
dünya dağılana kimi!
son kərə,
sonuncu nağıl kimi,
sonuncu kəpənəklər ölənə kimi
xatırlayacağam səni.
Yağan yağışların torpağa həsrətlə
necə sarıldığından xəlvət,
xəbərsiz,
daş altda qıvrılan
bu tər bənövşəni
dərməyə əlim gəlməyəcək.
Gözlərimdə sevincə ağı deyib,
qəm çiçəkləyən gecə,
bir daha üzüm gülməyəcək
nar çiçəyim.
Son kərə gəldiyin dünyaya,
bir də sən adda
göyçək gəlməyəcək.
Xatırlayacağam səni,
sevgililər son dayanacaqdan
yığılana kimi.
xatırlayacağam səni -
dünya dağılana kimi!



