Reklam verin!

***

Səhərəcən içimdə ulayacaq 
tənhalığın xofu.
Lal küçələrdə sənsizlik simfoniyası
 çalacaq küləklər.
Gecənin bəyaz qaranlıqları
 alacaq ağuşuna dünyanı.
Sabaha qalacaq arzularımın 
çoxu.
Unudub hər şeyi
və 
təzədən sevəcəyəm
 Səni,
Zalım adam.
Gözlərimin yuxusuna 
çəkiləcək rəsmin,
Əlin,
üzün
və 
 cizgilərin.
Sən mələk deyilsən
deyilsən, zalım.
Adam olduğun üçün
günahlarınla,
yalanlarınla
daha gözəlsən.
Rəngsiz, boyasız-
səni olduğun kimi
daha çox sevirəm,
sevirəm ,adam balası.
Çünki sən adamsan.
Sadəlövhlüyündən şeytana uyan,
Allahın sevərək yaratdığı
Adəm babamın
adam nəslindənsən,
adam nəslindən.
Günahkar, yalançı,
xatakar,
hər nəsən…
Adam şəklindəsən,
Adam şəklində.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha