***
Bir az dünyaya qarışdı başım,
Bir az göz yaşımla oynadım.
Yaşın sevgi vaxtında dərdə alışdım,
Bir az gicbəsər şerlər yazdım,
Bir az ömrün tənhalığında dolaşdım,
Arada vaxt tapıb qaçdım sənsizliyə
Səni sevməkçün
olmadı,
qurtulammadım.
Bir az Vətən dərdi çəkdim
dərdlərin ən gözəlini.
Bir az gödən dərdi
bu dünyaya üz tutub ağlamaqçün
çəkdiyim əzabların
ən çirkini,
ən əzəli.
Bir az dünyaya gələnlərin qayğısı
qatdı başımı,
Bağlayıb dostların üzünə qapımı
bir az gedənləri unutmaqçün
yas saxladım.
Başım bu dərdlərə elə qarışdı ki,
Sevgi yaşını
Ötürdüm, adladım.




Salam
Yazıların və şeirlərinə başlıq yazsan çoc əla olar. Axtarış sistemlərindən çoxlu ziyaratçı qazanarsan.
Uğurlar
Sentyabr 4, 2008 11:02