Reklam verin!
Yuma Ailə Jurnalı

ALLAHIN BƏLASI

Sən yağmurlu bir axşam
mən gözləmədən gəldin.
Tanrı duasıydın,
yağış damlasıydın?!
Bilməm…
Allahın bəlası!
Bu yalan deyildi,
amma gəldin;
ağ yuxularıma nağıllardan
gələn kimi
gəldin.
Qorxdum səni sevməyə,
oyanarkən itirrəm deyə.
Bu sevgidən də vaz keçdim,
sevdaların hamısı boş və saxta
hər sevgidə bir aldanış var deyə.
Sən yağmurl bir axşam 
mən gözləmədən gəldin.
O axşam göylərə tutmuşdum üzümü
Belə tez gözləmirdim səni
gözləmirdim axı…
Sən hardan gəlib çıxdın,
ALLAHIN BƏLASI?!



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha