Reklam verin!

***

Yenə dəhşət çəkdi
qara pərdəsini.
Qap - qara tənhalıqda
ağlıma vəhşi kimi soxulan
sənsizlikləyəm.
Sən mənim ən əziz dərdimsən.
Bezmərəm,
həsrətin üzünnən.
Qarlı bir dünyam var,
əl çəkmişəm bu dünyanın
payızınnan, yazınnan.
Sonu ölüm olsa da,
özüm çəkəcəyəm
bu həsrəti,
bu dərdi.
Heç sən də bilməyəcəksən
bu dərdi mənə kim göndərdi.


  Yazılar cəmi: 5    Sonrakı səhifə »