İNANMA MƏN SƏNƏ DÖNƏM TƏZƏDƏN
Çevirmə adətə göz yaşlarını,
Ağlama könlümü ovutmaq üçün.
Min dona, min cildə salma özünü,
Yenidən ömrümə qayıtmaq üçün.
Apardın dünyamı, apardın tamam,
Mən axı, dünyasız neyləyə billəm.
Səndən uzaqlarda sənsizliyimi,
Aylara, illərə söyləyə billəm.
Sən indi mənimçün başqa dünyasan,
Mən də sənin üçün yadam, uzağam.
Nağıllar demisən, nağıllar mənə,
Elə bilibsən ki, körpə uşağam.
Ayrıldıq üz - üzə, səssiz - səmirsiz,
Yolun başında sən, ayağında mən.
Yeriş öyrənirəm yerimək üçün,
İnanma mən sənə dönəm təzədən.
Ağlama könlümü ovutmaq üçün.
Min dona, min cildə salma özünü,
Yenidən ömrümə qayıtmaq üçün.
Apardın dünyamı, apardın tamam,
Mən axı, dünyasız neyləyə billəm.
Səndən uzaqlarda sənsizliyimi,
Aylara, illərə söyləyə billəm.
Sən indi mənimçün başqa dünyasan,
Mən də sənin üçün yadam, uzağam.
Nağıllar demisən, nağıllar mənə,
Elə bilibsən ki, körpə uşağam.
Ayrıldıq üz - üzə, səssiz - səmirsiz,
Yolun başında sən, ayağında mən.
Yeriş öyrənirəm yerimək üçün,
İnanma mən sənə dönəm təzədən.



