Reklam verin!
Yuma Ailə Jurnalı

***

Kim desə ki, xöşbəxtəm 
Inanma
Ya yalan deyir
                         ya da dünyanın
                           ən mağmun adamıdı
Ağlın, ürəyin varsa 
necə xöşbəx olarsan?!
Xöşbəxtlik 
ağılsız olmaq kimi bir şeydi.
Bu sarıdan yer üzündə 
dəlilər ən xöşbəxtdi
Tanrı özü də xoşçəxt deyil
təkdirsə göy üzündə
                    çəkirsə bəndə dərdi
Xöşbəxtlik 
dünyanın ən çəkilməz 
              dərdindən də betərdi
belə olmasaydı 
Tanrı butun sevdiklərini 
xöşbəxt edərdi.
 
 ***
Sənə  çiçək  vermək istədim
 Heç bir rəngə çalmayan
Ləçəkləri əlçim - əlçim
ətəkləri qar bəyaz
sənə umud vermək istədim
ölümü unutduracaq
səni sevmək istədim
ölüncəyədək
sənə bir söz demək istədim 
bu dünyada səndən başqa heç kəsə deyilmiyəcək

               ***
Söndürün gecə lampalarını,
Kəsin beynimi didən o qaraçı havasını.
Şahid tutmayın, 
buludların qoltuğunda daldalanan
solğun ayı.
Bir həzin musiqi çalınsın yüngülcə,
Bir azan sədasının avazı altında.
Dadlı bir şeir parçasını
Bir cam su kimi 
şair dostlarım atsim ardımca.
Ağlamayın, üzülməyin,
oyatmayin yatanları.
Qoy görməsinlər,
bilməsinlər 
bu gecə
Ölümün nankorluğunu.
O cırcıramalara da deyin
 kəsinlər səslərini,
o həzin küləklər də sussunlar...

                   GÜZGÜ

Hərə bir şəkil asdı yaxandan,
Hamı boylanıb baxdı yaxından.
Çatlayarsan,
                   sınarsan,
                                  gözlərimin ahından.
Paşa güzgü,
                   xan güzgü
Üzünə üz bağlayıb
                           üzümə baxan güzgü?!
 


  Yazılar cəmi: 46    Sonrakı səhifə »